Əhəd Abıyev bahalı avtomobillə qayda pozub? — FOTO

OXUNUB: 647 Özəl HADİSƏ
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevə məxsus 10-AA-457 nömrəli "Range Rover” markalı avtomobil Bakının Həsən Əliyev küçəsində görüntülənib.

Demokrat.az
-ın xəbərinə görə, maşını icra başçısının sürücüsünün idarə etdiyi bildirilib. 

Məlumata görə, Ə.Abıyev də avtomobildə olub.

Sürücü avtomobili yolun hərəkət hissəsində saxlayaraq, mağazaya gedib.

İddia edilir ki, yolun bu hissəsində avtomobil saxlamaq dayanma-durma qaydalarının pozuntusudur. Bəziləri isə bunun qayda pozuntusu olmadığını bildiriblər.

RƏYLƏR