Əhməd "CANAN" mahnısının sözlərini oğurlayıbmış: MƏŞƏDİ BABANIN OĞLU DANIŞDI - "SƏHV EDİB"

OXUNUB: 3255 ŞOU-BİZNES
Mərhum söz ustadı Məşədi Babanın oğlu Mircəlal son günlər "Neynəmisən" mahnısı ilə populyarlaşan gənc müğənni Əhməd Mustafayevə etiraz edib.
 
7NEWS.az xəbər verir ki, sənətkarın övladı olke.az-a açıqlamasında bildirib ki, Ə.Mustafayev atasının müəllifi olduğu qəzələ musiqi bəstələyərkən ailə üzvlərinin icazəsini almayıb: "İcazə alsaydı, yaxşı olardı. Halallıq başqa şeydir, qardaşım. Ümumiyyətlə, bu hərəkət başından bəri səhvdir".

Qeyd edək ki, Ə.Mustafayevin bəstələdiyi və oxuduğu mahnı sosial şəbəkələrdən 15 milyondan artıq baxış sayı qazanıb.

 

 


RƏYLƏR