"Ehtiram 18 yaşlı qohumunu zorladı, söhbəti bağlamaq üçün oğlumu güllələdi..." - Məhkəmədə şok ifadə

OXUNUB: 828 HADİSƏ
Xaçmazda söyüş üstündə dostunu öldürməkdə təqsirləndirilən 1973-cü il təvəllüdlü Ehtiram Hidayətovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

İttihama münasibət bildirən təqsirləndirilən şəxs özünü tam təqsirli bilib və sərbəst ifadə verib.

O deyib ki, mərhumla uşaqlıqdan dost, sinif yoldaşı, həm də qonşu olublar: "Evdə problemlər vardı, əvvəldən Əfqana 700 manat pul vermişdim. Qızım da xəstələnmişdi. Əfqanın yanına getdim. Pulumu istədim. Dedi ki, yaxın vaxtlarda verəcək. Bir az sonra isə Əfqan zəng edib, ailəmi, xəstə qızımı çox pis söydü, məni stadionun yanına görüşə çağırdı. Evdən ov tüfəngini götürüb getdim. Mübahisə zəminində onu güllə ilə vurub, öldürdüm. Sonra gedib polisə təslim oldum".

Ehtiram Hidayətov dostunu öldürdüyü üçün peşman olduğunu deyib. 

Prosesdə öldürülən Əfqan Cəfərovun anası Fatma Cəfərova ifadə verib. Oğlu ölmüş ana deyib ki, E.Hidayətov övladını qız üstündə öldürüb: "Ehtiram 18 yaşında bir qızı zorlayıb, söhbəti bağlamaq üçün Əfqanı öldürüb. Həmin qızın adını deməyəcəyəm. Bu barədə Ehtiramın özündən soruşun. Əfqan ona demişdi ki, qızın qardaşlarına deyəcək . Ehtiram da buna görə oğlumu öldürdü".

Prosesdə Ə.Cəfərovun qardaşı Niyam Cəfərov da dindirilib. O söyləyib ki, E.Hidayətov 18 yaşlı qohumunu zorlayıb: "Biz bunu yas mərasimində bildik. Kənddə bu zorlama hadisəsi barəsində hər kəs danışırdı. İstintaq dövründə də ifadəmizdə bu barədə demişik, lakin zorlama ilə bağlı heç nə yazılmayıb".

Təqsirləndirilən şəxs isə bildirib ki, bu, başqa söhbətdir və hadisə barəsində danışmaq istəmir.

Hakim Cavid Hüseynov bildirib ki, ittiham aktında zorlama ilə bağlı heç nə yoxdur.

Məhkəmə iyulun 13-də davam edəcək 

Qeyd edək ki , qətl bu il Xaçmazım Çarxı kəndində baş verib.

Kənd sakini Ehtiram Hidayətov ov tüfəngindən dostu Əfqan Cəfərova atəş açıb. Yaralı hadisə yerindəcə keçinib. Cinayətdən dərhal sonra E.Hidayətov polisə gələrək günahını etiraf edib.

İstintaq orqanı tərəfindən E.Hidayətovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb./lent.az


 

İcmal.Az

RƏYLƏR