EHTİYATLI OLUN: "Bravo"da vaxtı keçmiş 'Aktivia' yoqurtları satılır - FOTOFAKT

OXUNUB: 465 Özəl GÜNDƏM İQTİSADİYYAT
7NEWS.az xəbər verir ki, bu barədə redaksiyamıza müraciət edən şəxs məlumat verib. Onun sözlərinə görə bu birinci hal deyil: "Mən Masazırda qalıram, mütəmadi olaraq Masazırda yerləşən "Bravo"dan bazarlıq edirəm. Son vaxtlar bu marketdə nələrsə baş verir. Gah qiymət kassada düz gəlmir, gah xarab mal qoyurlar. Düşünürdüm texniki yalnışlıqdır, düzələr. Ancaq vaxtı ötmüş məhsul, xüsusən də, pandemiya dönəmində çox təhlükəlidir. Bu gün "Bravo"dan aldığım "Aktivia" yoqurtunun istifadə müddəti bitibmiş. Alanda baxmadım, evə gələndə gördüm ki, düz 5 gün öncə bu məhsulun istifadə müddəti bitib. Bu həm zəhərlənmə verə bilər, kütləvi şəkildə insanlarımızın sağlamlığını korlaya bilər. Bu məsuliyyətsizliyi edən şəxslər cəzalarını almalıdırlar. Vətəndaşlara isə üzümü tutub deyirəm ki, məhsul alarkən istifadə müddətinə mütləq baxsınlar'
7NEWS.az həmin fotoları təqdim edir:
 

RƏYLƏR