Ekologiya Nazirliyi 50 min borcu olan şirkətə 25 min necə verib? — FOTOFAKT

OXUNUB: 705 Özəl GÜNDƏM İQTİSADİYYAT
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Tender müsabiqəsinin qalibi "İnci Group of Companies” QSC olub. Qalib şirkət Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 24 min 543 manat 6 qəpik dəyərində dəftərxana və təsərrüfat malları satacaq.
 
Tenderlə bağlı diqqət çəkən məqamlardan biri odur ki, müsabiqənin qalibi olan "İnci Group of Companies” QSC-nin hazırda dövlət büdcəsinə 50 min 245 manat 86 qəpik vergi borcu var.

Məlumat üçün bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı "Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.

Amma göründüyü kimi, 50 min manatdan çox vergi borcu olan şirkət təkcə tender müsabiqəsində iştirak etməyib, həm də qalib gəlib.

Onu da bildirək ki, vergi borcu olan və eyni zamanda da yeni yaranan təcrübəsiz şirkətlərin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tenderlərində qalib olması halları əvvəllər də dəfələrlə baş verib.(yeniavaz.com)

 
7News.Az

RƏYLƏR