Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanındakı İctimai Şuranın sədri jurnalistləri şantaj edir: "...Avaragorlar"

OXUNUB: 721
7NEWS.az xəbər verir ki bu barədə araşdırmaçı-jurnalist Fazil Əhməd Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanındakı İctimai Şuranın sədri Mələk Şükürovanın son bəyanatına münasibət bildirərkən deyib: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanındakı İctimai Şuranın sədri (bundan sonra İŞ MÜDİRi yazılacaq)) ekoloqlara müraciət edib ki, "düşmənimiz olan erməniləri sevindirməmək üçün meşələrin qırılması, ağacların qanunsuz kəsilməsi ilə bağlı faktları ictimailəşdirməyək".
Bu, şantaj deyilmi? Bu, ümumiyyətlə, nəzarət funksiyası yerinə yetirən şura müdirinə yaraşandımı? 
Yaxşı, hamı sussun, nə olacaq?! Meşəmi qalacaq?...
Dəhşətdır, vallah. Adam hələ İŞ müdirəsidir, gör, Muxtarın rəsmi işçisi olsaydı, nələr olardı e?
Avara QHT rəhbərlərinin məlum qaydalarla seçdiyi və  yengə funksiyası daşıyan İctimai şuralar belələrinə görə daha da gözdən düşüb, dibə qədər düşəcək də. 

Digər bir məsələ, o gün yekə bir saytda ETSN-nin indiki rəhbərliyi haqda tənqidi yazıları "köhnələr"in təşkil etməsi barədə sifarişli olması şübhə doğurmayan bir yazıya da göz gəzdirdim.
Belə görünür ki, orada doğrudan ciddi həyəcan, səksəkə var...
Allah bu milləti avaragorlardan qorusun!"

RƏYLƏR