Ekvador prezidenti parlamenti buraxıb

OXUNUB: 122 Özəl DÜNYA
Ekvador prezidenti Gilyermo Lasso dünən başlanan impiçment məhkəməsindən sonra Milli Assambleyanı buraxıb.

7NEWS.az xəbər verir ki, dünən Ekvadorda mənimsəmə iddiası ilə Milli Assambleyada impiçment mühakiməsi başlayan prezident Guillermo Lasso ciddi siyasi böhran və daxili qarışıqlıqları əsas gətirərək konstitusiyanın 147-ci maddəsinə uyğun olaraq parlamenti buraxıb. Qarşılıqlı ölüm mənasını verən və "Muerte Cruzada” kimi tanınan bu təcrübə ilə mühafizəkar prezident Lasso deputatların iştirakı olmadan ölkəni idarə etməyə davam edəcək, lakin 6 ay ərzində yeni prezident və müavinləri müəyyən etmək üçün növbədənkənar seçkilər keçiriləcək.

7NEWS.az

RƏYLƏR