Ekvadorda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 65-ə çatıb

OXUNUB: 111 Özəl DÜNYA
Cənubi Amerika ölkəsi Ekvadorda martın 27-də baş verən sürüşmə nəticəsində həyatını itirənlərin sayının 65-ə yüksəldiyi bildirilib.

7NEWS.az xəbər verir ki, Ekvador Milli Risk İdarəetmə Katibliyindən verilən açıqlamada Çimborazo əyalətinin Alausi qəsəbəsində baş verən sürüşmədə yeni cəsədlərin aşkar edildiyi bildirilib. Təbii fəlakətdə həyatını itirənlərin sayının 65-ə yüksəldiyi, itkin düşənlərin hələ də olma ehtimalı səbəbiylə axtarış işlərinin bir müddət davam edəcəyi bildirilib.

7NEWS.az

RƏYLƏR