7NEWS.az xəbər verir ki, Cənubi Amerika ölkəsi Peruda "El Nino effekti" ilə əlaqədar 18 bölgədə fövqəladə vəziyyət (OHAL) elan edilib. Milli mətbuatda yer alan xəbərə görə, El Nino fenomeninin mənfi təsirləri səbəbindən 18 bölgədə 60 gün müddətində fövqəladə vəziyyət elan edilib. Milli Fövqəladə Əməliyyatlar Mərkəzinin (COEN) açıqlamasında ilin sonuna qədər güclü yağışların gözlənildiyi, bu səbəbdən risklərin azaldılması üçün fövqəladə tədbirlər planının həyata keçiriləcəyi bildirilib.
7NEWS.az