Əli Hüseynli: “Prezident İlham Əliyev bölgənin ən güclü Ordusunu qurub”

OXUNUB: 372 SİYASƏT
"Prezident İlham Əliyev bölgənin ən güclü xüsusi təyinatlı Ordusunu qurub”.

7NEWS.Az-ın məlumatına görə, bunu "İnam İndeksi” jurnalının VI buraxılışında Prezidentin fəaliyyətinin ictimai rəydə qiymətləndirilməsi ilə bağlı təşkil olunan sorğuyla əlaqədar "Prezident: Zəfərə davam, Zəfərə inam!” şüarı altında keçirilən təqdimatda Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib.
Ə. Hüseynli deyib ki, Prezident İlham Əliyevin Türk Dünyasında xüsusi birləşdirici rolu vurğulanır: "Bu da təbiidir. Prezident İlham Əliyev pandemiya dövründə müsəlman xalqlarının hüquqlarını qorudu. Vətən müharibəsi zamanı isə müsəlman və Türk dünyası Prezident İlham Əliyevlə qürur duymağa başladı. Bu xalqlar Zəfərdən sonra Prezident İlham Əliyevi qalibiyyət və şərəf simvolu kimi qəbul edirlər”.

RƏYLƏR