Əli Kərimli mitinqdə tanınmış aparıcıya görə etiraz etdi: 'ELGİZ ƏKBƏRƏ AZADLIQ' - FOTOFAKT

OXUNUB: 2466 GÜNDƏM
Bu gün Bakıda özünü Milli Şura adlandıran bir qrup radikal müxalifətçi mitinq keçirdi. Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə "Məhsul” stadionunda baş tutan mitinq bundan öncəkilər kimi uğursuz və sönük alındı.
Günlərlə sosial şəbəkələr və media üzərindən təbliğat aparılsa da, mitinqə cəmi 1500-ə yaxın adam gəlmişdi. Bunların da əksəriyyəti radikal dindarların tərəfdarları və mühacir statusu almaq istəyənlər idi.
İCMAL.az xəbər verir ki, mitinqdə baş verən bəzi olaylar bu prosesin kortəbii və sifarişli olduğunu sübut edir. Diqqəti çəkən vacib məqamlardan biri gənclərin israrlı selfi çəkilişləri ilə bağlıdır. Görünən odur ki, bu fotolar onların "avropa pasportu"dur.
Digər bir maraqlı nüans isə cərgə ilə əllərində plakat tutan mitinq iştirakçıları ilə bağlıdır. Belə ki, 'plakatçı'larda biri ARB TV-nin əməkdaşı Elgiz Əkbərə azadlıq istəyib. Məlumat üçün qeyd edək ki, son günlər efir mübahisəsinə görə Elgiz Əkbərin işdən azad olunması ilə bağlı xəbər yayılmışdır. Ola bilsin bu xəbər Milli Şuranın gündəliyində müzakirə olunub və Elgizə bu formada dəstək göstərilməsi qərarı qəbul edilib.
İCMAL.az
<!-- Clip_XXXX_170923_211854_201 -->

RƏYLƏR