"Əli Kərimli sadəcə murdar xislətinin diktəsi ilə danışır" - DEPUTAT SƏRT DANIŞDI

OXUNUB: 599 SİYASƏT
"Əli Kərimlinin hər fürsətdə mövcud hakimiyyəti hədəf alması ondan xəbər verir ki, bu adamın ciddi kompleksləri yaranıb və bu səbəbdən də öz uğursuzluqlarını, düşdüyü rəzil durumu bir şəkildə kompensasiya etməyə, diqqəti başqa istiqamətə yönəltməyə çalışır. Amma keçməz! Vallah, billah keçməz! Çünki AXCP sədrinin fikirlərinə artıq kimsə inanmır, onu kimsə ciddiyə almır, onun dediklərini kimsə reallıq kimi qəbul etmir. Səbəb də sadədir: Əli Kərimli nə deyirsə, onun tərsidir! Əli Kərimli hər şeyi kəllə-mayallaq görür. O, sadəcə və sadəcə hikkəsinin, ambisiyasının, murdar xislətinin diktəsi ilə danışır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib.
 
Onun sözlərinə görə, müharibə vaxtı bu anti-milli ünsür Azərbaycanın qələbəsi üçün, milli birlik üçün heç nə etmədi: "Hətta siyasi partiyaların ümumi bəyanatına belə imza atmadı. Qarabağın geri qaytarılmasına, Şuşanın, digər rayonların işğaldan azad olunmasına sevinmədi. Ermənilərin törətdiyi Gəncə terroruna münasibət bildirmədi. Amma indi utanmaz-utanmaz məsləhətlər verir, xalqı öz yalanlarına inandırmağa çalışır, insanlar arasında mənəvi aşınma yaratmaq üçün bütün hiyləgər və riyakar "tryuk”lardan istifadə edir".

Deputat sözlərinə davam edərək bildirib ki, Əli Kərimli 30 ildir eyni ampluadadır: "30 ildir dəyişmir. 30 ildir eyni leksikonla, eyni jarqonla çərənləyir. 30 ildir təzələnmir, yenilənmir, inkişaf eləmir. Ona görə də belə rəzillərin və vətən xainlərinin danışdıqlarına fikir verməmək, onları öz qaraguruh beyinləri, "kafa”ları, düşüncələri ilə baş-başa buraxmaq lazımdır. Necə deyərlər, it hürər, karvan keçər".

RƏYLƏR