ƏLİ KƏRİMLİDƏN BİABIRÇI AÇIQLAMA: 'MİTİNQ TƏXİRƏ SALINIR' - FOTOFAKT

OXUNUB: 1543 GÜNDƏM SİYASƏT
AXCP sədri Əli Kərimli sabah keçiriləcəyi planlaşdırılan mitinqin təxirə salınacağı ilə bağlı məlumat yayıb.
 
7NEWS.az xəbər verir ki, bir neçə gündür hazırlıq görülən, hətta Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış icazəli mitinqin təxirə salınacağı ilə bağlı rəsmi səhifəsində paylaşım edib. O qeyd edib ki, mitinq müəyyən müddətə təxirə salınır.
 
Sözügedən paylaşımı sizə təqdim edirik. İlkin məlumata görə mitinqin təxirə salınması iştirakçı sayının biabırçı həddə olması ilə bağlıdır. Ötən mitinqdən sonra növbəti dəfə biabır olan Ə.Kərimli bütün mümkün vasitələrdən istifadə etməsinə baxmayaraq növbəti mitinq də alınmadı. Xüsəsən də aşura məqamlarından istifadə etməsi hər kəs tərəfindən tənqidlə qarşılandı. Bunu ekspertlər partiya tarixində ən uğursuz dövr kimi dəyərləndirirlər.
 
Məlumatda o da qeyd olunur ki, Xəbər verdiyimiz kimi AXCP və "Milli Şura" Bakıda yerləşən "Məhsul" stadionunda mitinq keçirdəcək.
 
İcmal.Az xəbər verir ki, sabah keçiriləcək mitinq sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Belə ki, müzakirələr zamanı fikir ayrılıqları da müşahidə edilib. Bəziləri mitinqə gələcəklərini bildirsələr də, bir qism insanlar təzyiqlər və digər problemlər səbəbindən mitinqə qatılmayacağını bildiriblər. Həmçinin yayılan məlumatlar arasında partiya üzvlrəinin həbs olunma xəbərləri də yer alıb. Partiya üzvlərinin bu barədə sosial şəbəkələrdə yaydığı məlumatlara dörə AXCP Gənclər Komitəsinin üzvü Ruslan Nəsirli və Arif Nağıyev dünən günorta saatlarında, partiyanın digər fəalları Vüsal Tağızadə, Zaur Cabbarlı, Ağaseyid Hüseynli, Kənan Baskal, xanımlardan isə Nərmin Xəlil, Gülnarə Əli Qızı Quliyeva, İradə Nəriman, Səadət Cahangir və adlarını müəyyənləşdirməyə çalışdığımız 50-yə yaxın üzv saxlanılılb.
Məsələ ilə bağlı partiya sədri Əli Kərimli, eləcə də digər partiya funksionerləri ilə əlaqə saxlayıb aydınlıq gətirməyə çalışsaq da onlar məlumat verməyib, digər funksionerlər isə məlumat verməkdən imtina edərək məsələni ciddi şəkildə gizli saxlayıblar.
 Mövzunu davam etdirəcəyik.
 
 
 
 
 


 
İcmal.Az

RƏYLƏR