“Əli Kərimlinin simasızlığı bax bundadır!” - DEPUTAT

OXUNUB: 1525 GÜNDƏM Özəl SİYASƏT
"Əli Kərimli və ona qulluq edən "Azadlıq” adında qotur sayt -  daha dəqiqi, qəzetin feysbuk səhifəsi - bəh-bəhlə məlumat yayıb ki, bundan sonra "Azadlıq radiosu”nun maliyyəsini Avropa İttifaqı öz üzərinə götürəcək. Amma düz 3 gün əvvəl həmin Avropa İttifaqı Harutunyanın, Vardanyanın həbsini qanunsuz, onlarla bağlı Azərbaycanda keçirilən məhkəmə prosesini qondarma adlandıranda Əli Kərimlinin səsi belə çıxmamışdı, bu haqda kəlmə belə kəsməmişdi...” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Simasızlıq bax budur! Nakişilik bax budur! Bax ona görə israrla deyirik ki, bu manqurtlar, radikal ünsürlər öz dövlətinin və xalqının düşmənidir.  Bax ona görə Əli Kərimlinin, onun quldur dəstəsinin vətən xaini olduqlarını qəti əminliklə, daim, durmadan söyləyirik. Bax ona görə həmin riyakarlarla, namərd topası ilə mübarizəmizə bir an belə ara vermirik, ara verməyi düşünmürük! 
Hələ "söyüş müxalifəti”nin yaramaz üzvləri tezliklə Azərbaycana ekstradisiya olunandan sonra daha çox şeylər üzə çıxacaq. İnanın. Əminəm. Çünki bütün nankorları, Azərbaycana qarşı düşmən kəsilən bütün qüvvələri birləşdirən bir bağ, bir əlaqə, bir koordinasiya mütləq var. Və həmin bağın bircə ilməsi sökülən kimi əlikərimlilərin, cəmilhəsənlilərin cinayətləri, nadürüst əməlləri də silsilə şəklində, sırabasıra üzə çıxacaq, öz ifşasına varacaq...”– deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR