Elxan Şahinoğlu: Putinin elə də ciddi bir rəqibi yox idi

OXUNUB: 794 GÜNDƏM SİYASƏT

Martın 18-də Rusiyada prezident seçkiləri keçirilib. Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Vladimir Putin prezident seçkilərinin qalibi olub. Belə ki, Putin 73.9 faiz səslə yenidən prezident seçilib. Ümumiyyətlə, Rusiyada keçirilən prezident seçkiləri zaman ölkədə seçki mühiti hiss olunmadı? Seçkinin gedişatı zamanı Rusiya vətəndaşlarını fəallıq nümayiş etdirmədilər?

Məsələ ilə bağlı BNEWS.az-a açıqlama verən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiyada keçirilən prezident seçkilərin taleyi əvvəlcədən bəlli idi ki, görünən odur ki, prezident postuna namizədlər arasında intiriqa olmayacaq: "Eyni zamanda V. Putinin elə də ciddi bir rəqibi yox idi. Belə ki, V. Putin seçki kampaniyası çərçivəsində nə debatlara qatıldı, nə də nümayəndəsini göndərdi. Öncədə V. Putinin yüksək faizlə səs toplayacağı və birinici mərhələdə keçəcəyi hamıya məlum idi. Müxalifət isə bir mərkəzdə birləşə bilmədi. Ona görə də, ölkədə seçki mühiti hiss olunmadı. Yalnız prezident seçkilərinə bir neçə gün qalmış televiziya kanallarında debatlara təşkil olundu. Bir faktı qeyd edim ki, Rusiyanın hazırkı dövlət başçısı V. Putin prezident seçkilərində 71,97 faiz, Kommunist Partiyasından namizəd Pavel Qrudinin 15,9 faiz səs toplayıb. Ötən prezident seçkilərində Kommunist Partiyasının namizədi Gennadiy Zyuqanov bundan daha çox səs toplamışdır”, - deyə o, qeyd edib. Qeyd edək ki, 18 mart 2018-ci ildə Rusiyada keçirilən budəfəki prezident seçkilərində səkkiz namizəd iştirak edir - Vladimir Putin, Pavel Qrudinin, Vladimir Jirinovski, Kseniya Sobçak, Qriqori Yavlinski, Maksim Suraykin, Boris Titov və Sergey Baburin. Kommunist Partiyasından Pavel Qrudinin 15,9 faiz, Liberal Demokrat Partiyasından Vladimir Jirinovski 6,96 faiz, "Vətəndaş təşəbbüsü" Partiyasından telejurnalist Kseniya Sobçak 1,39 faiz, "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski ilə 0,77 faiz, Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburin 0,62 faiz, "Rusiya Kommunistləri" Partiyasından Maksim Suraykin 0,61 faiz, biznes ombudsmanı Boris Titov 0,59 faiz səs toplayıb.

BNEWS.az

RƏYLƏR