Əmisinin təcavüzünə uğrayan qız Ərdoğandan yardım istədi, nazirlik dəstək oldu - VİDEO

OXUNUB: 695 DÜNYA
Canlı yayımda əmisi tərəfindən təcavüzə uğradığını deyən və prezident Rəcəb Tayyib Ərdoğandan yardım istəyən gənc qıza ilk dəstək elə Türkiyə Nazirlik Kabinetindən gəldi. 

İcmal.Az xəbər verir ki, sosial şəbəkədə yayımladığı video ilə yardım istəyən 18 yaşlı Bahar Doğrul üçün Əmək və Əhalinin Sosial Müdafisə Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri Komitəsinin sədri Zəhra Zümrütün təlimatı üzrə araşdırmalara başlanılıb. Bildirilib ki, nazirlik və dövlət olaraq Bahar Doğrulun yanında olduqlarını bildiriblər. 

Qeyd edək ki, Manisada öz əmisinin təcavüzünə uğradığı deyilən 18 yaşlı Bahar Doğrul adlı gənc qız canlı yayımda prezident Rəcəb Tayyib Ərdoğana səslənərək yardım istəmişdi. 


 

İcmal.Az

RƏYLƏR