Ən yaşlı qadın və kişi seçici məlum oldu

OXUNUB: 894 SİYASƏT

Azərbaycanda 5 milyon 309 min 434 səsvermə hüququ olan şəxsdən 59.78 faizi qadınlar, 49.22 faizi isə kişilərdir.

İcmal.Az məlumat verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sözügedən qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda mövcud olan daimi seçki məntəqələrinin ümumi sayı 5641-dir, beş günlük yaradılan, yəni müvəqqəti məntəqələr bura daxil deyil.

O qeyd edib ki, ən yaşlı seçici Bərdə rayonunun 94 saylı dairəsində səs verəcək 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqənddir. 

Ən yaşlı kişi seçici isə Biləsuvar rayonunda 66 saylı dairədə səs verəcək 1900-cü il təvəllüdlü Qurbanov Səftərdir.

İcmal.Az

RƏYLƏR