Ərdoğan Adnan Oktar barədə: Qonşum idi

OXUNUB: 1115 DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfəri zamanı bir müddət öncə həbs edilən Adnan Oktar barədə ilk dəfə danışıb. 

İcmal.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Ərdoğan Oktarın adını çəkməyib və onu "Son zamanlar gündəmə gələn şəxs” kimi təqdim edib:

"İstanbul Üsküdar Bürhaniyədə yaşadığım zaman qonşum idi. Ancaq onu şəxsən tanımıram. Əxlaqsız biridir. Sizin ona verdiyiniz uşaqları öz istədikləri kimi yetişdirir. Sonra da sistemin içinə daxil edərək, əməliyyatlar keçirirlər”. 

İyulun 22-də "kedicikləri” ilə tez-tez gündəmə gələn Adnan Oktar və 235 müridi saxlanılıb. Saxlanılan şəxslərə qarşı azyaşlılara təcavüz, çirkli pulların yuyulması, təhdid və şantaj ittihamları irəli sürülüb.

İcmal.Az

RƏYLƏR