Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür edib

OXUNUB: 596 index-manşet SİYASƏT
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.

İcmal.Az-ın xəbərinə görə, Nazirlər Kabinetinin iclasından sonra çıxış edən Ərdoğan koronavirus xəstəliyinə yoluxması ilə əlaqədar ona və həyat yoldaşı Əminə xanıma öz adından şəfa diləklərini yetirdiyi üçün Azərbaycan dövlət başçısına təşəkkür edib.
 
 
İcmal.Az

RƏYLƏR