"Əri bilmirdi ki, Rusiyaya toya gedir" - Zaur xalq artisti haqda

OXUNUB: 681 ŞOU-BİZNES

"İlboyu məndən yazdılar: Zaur filankəsin makiyajın sildirdi, onun pulqabısına girdi. Elə bir oğul istəyirəm ki, müğənni ilə şou etsin və ondan inciməsinlər. Azərbaycanda belə bir aparıcı yoxdu. Adamın gözünü deşərlər ey: bunun atası, anası, qardaşı, qohumları, dostları var”.

İcmal.Az-ın məlumatına görə, bu sözləri aparıcı Zaur Kamal "5/5" verilişində deyib. O, çəkilişlər zamanı başına gələn hadisələrdən danışıb. Zaur bildirib ki, efirdə etdiyi şouya görə dəfələrlə müğənnilərin ətrafından təhdid alıb:

 
"Bir dəfə xalq artisti ilə çəkiliş etmişdik. Guya bu müğənni əlinə pul almır, biri də gətirib 5 min əlinə qoydu. Həyat yoldaşı da bilmirmiş ki, bu Rusiyaya toya gedib. Zəng etdi ki, verməyin, amma süjeti kəsmədim, verdik. 

Biri də efirdə kişi kimi oynadı və yayımladım onu. Bir nəfər zəng etdi ki, niyə o, xanımla oynamısız, filan sözü demisiz. Deyirəm, nəyisən? Deyir, onun dostuyam. Dedim, qardaş, sənin valideynlərin məni də çox istəyir. Niyə sən kiməsə görə mənə zəng edirsən? Bu gün onun "dostusan” sabah olmayacaqsan”.
 
İcmal.Az
 

RƏYLƏR