Erməni arxiyepiskop Trampı “Şeytan” adlandırdı

OXUNUB: 675 SİYASƏT

Antrpatakan yeparxiyasının arxiyepiskopu Qriqor Çiftçyan ABŞ prezidenti Donald Trampın  Qüdsü İsrail sionist rejiminin paytaxtı kimi tanıması qərarını kəskin şəkildə pisləyib.

Bu barədə İRNA agentliyi məlumat yayıb.

"İsa Məsih, (s.v) Fələstində, Müqəddəs Qüds torpaqlarında dünyaya gəlib. Ancaq böyük şeytan və qlobal səviyyətli təkkəbür Fələstini parçalamağa çalışır, halbuki Fələstin, Qüds və Beyt-əl-Müqəddəs təkcə bir dinə, bir insana və ya insanlar  qrupuna  deyil, bütün dinlərə aiddir”, - deyə arxiyepiskop bildirib.

Xatırladaq ki, 6 dekabr 2017-ci il tarixdə Ağ Ev rəhbəri Donald Tramp Vaşinqtonun rəsmi qaydada Qüdsü sionist rejimin paytaxtı olaraq tanıdığını elan edib. Tramp administrasiyasının bu addımı ciddi rezonans doğuraraq, dünya ictimaiyyətinin narazılığına səbəb olub./oxu

İcmal.Az

RƏYLƏR