Erməni əsgər hərbçi yoldaşını güllələdi

OXUNUB: 583 DÜNYA

Ermənistanda hərbi qulluqçu əsgər yoldaşı tərəfindən öldürülüb. 

İcmal.Az xəbər verir ki, bununla bağlı Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. 

Hadisə iyulun 24-də baş verib. Döyüş mövqeyində yerləşən hərbi hissələrdən birində Ermənistan ordusunun əsgəri Jora Petrosyanüzündən ölümcül güllə yarası alıb. 

Məlumata görə, Petrosyan əsgər yoldaşının odlu silahdan istifadə qaydalarını pozması nəticəsində yaralanıb. 

Faktla bağlı cinayət işi başlanıb. 

İcmal.Az

RƏYLƏR