Erməni kəndlilər Sarkisyanın komandasına qarşı üsyana qalxdı

OXUNUB: 662 DÜNYA

Manvel Qriqoryanın doğulduğu Ermənistanın Arşaluys kəndinin sakinləri kənd administrasiyasının qarşısına toplaşıblar. Onlar hazırda məzuniyyətdə olan kənd sədri Zarzand Qriqoryanın istefasını tələb edirlər. 

İcmal.Az bununla bağlı erməni KİV-ə istinadla xəbər verir.

"Biz bu diktatorla yaşamaq istəmirik, o kəndi qarət edir, bizim qazanclarımızı əlimizdən alır”, - kənd sakinlərindən biri deyib. 

Digər sakin bildirib ki, Qriqoryan 10 il müddətində kənd sakinlərini əsir saxlayıb. 

Xatırladaq ki, Zarzand Qriqoryan 2008-ci ildən Arşaluys kənd administrasiyasına rəhbərlik edir. O, Cəbrayıl və Füzulinin işğalı zamanı Ermənistan ordusunun 5-ci briqadasının komandiri olan Manvel Qriqoryanın qardaşı oğludur.

İcmal.Az

RƏYLƏR