“Ermənipərəst konqresmenlər öz destruktiv fəaliyyətləri ilə heç nəyə nail ola bilməyəcəklər!” – Elşən Musayev

OXUNUB: 715 GÜNDƏM Özəl SİYASƏT
"Bir qrup ermənipərəst konqresmenin öz rəhbərlərinə rəsmi məktubla müraciət etməsi və Ermənistan üçün yardım xahişi onun göstəricisidir ki, həmin insanların ümumiyyətlə regiondan, demokratiyadan və ümumbəşəri dəyərlərdən xəbərləri yoxdur. Çünki xəbərləri olsa bilərdilər ki, əsl təcavüzü bütün mərhələlərdə, ələlxüsus da son 30 ildə elə məhz Ermənistanın özü törədib, biz yox!” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Görünən budur ki, ermənilər və onun saxta təəssübkeşləri bütün riyakarlıqları edəcəklər. Daha doğrusu  etməyə qərarlıdırlar. Olsun. Zatən onlardan gözlənilən də budur. Amma paralel fonda həmin namərd qruplaşma bir həqiqəti də unutmasın ki, qarşılarında Azərbaycandır. O Azərbaycan ki, onunla kimsə ultimatum, hədə dilində danışa bilməz. Kimsə onun başı üzərində ağsaqqallıq etmək iddiasına düşə bilməz. Kimsə ona qarşı həddsizlik göstərə bilməz.  

Təbii ki, konkresmenlər də özbaşına hərəkət etmirlər. Onların da bir "fit” verəni var. Yəni, hər şey planlıdır. Amerika öz aləmində guya bizi sıxmağa, təsir və təzyiq göstərməyə çalışır. Amma və lakin! Belə şeylər bizə keçməz! Həmin konqresmenlər yaxşı olar ki, gedib öz ölkələrinin problemləri ilə məşğul olsunlar, Amerikada yaşanan demokratiya böhranının və günbəgün dərinləşən siyasi xaosun aradan qaldırılması üçün çarə axtarsınlar.

Həmin ermənipərəst konqresmenlərin fikri və sözü boş havadır, küləkdir, sabun köpüyüdür. Onların bütün qara niyyətləri və arzuları ürəklərində elə arzu kimi də qalacaq və öz destruktiv fəaliyyətləri ilə heç nəyə nail ola bilməyəcəklər. Buna hər kəs əmin olsun!” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR