Ermənistan müdafiə nazirinin keçmiş müavininin həyat yoldaşı tutuldu

OXUNUB: 622 DÜNYA

Ermənistan müdafiə nazirinin keçmiş müavini, deputat Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryan tutulub.

İcmal.Az report-a istinadən xəbər verir ki, məlumatı ölkənin Xüsusi İstintaq Komitəsinin mətbuat xidməti yayıb.

"Manvel Qriqoryanın həyat yoldaşı qanunsuz silah saxlamqda ittiham olunur", - komitədən bildirilib.

N.Amiryan və oğlu Karen Qriqoryan keçmiş nazir müavininə qarşı başlayan cinayət işi üzrə günahkar bilinirlər. 

 

M.Qriqoryan külli miqdarda dövlət əməlakını mənimsəməkdə, qanunsuz silah saxlamaq və gəzdirməkdə ittiham olunur.

Qeyd edək ki, Nazik Armiyan bir neçə gün istintaqdan yayınıb və onun barəsində axtarış elan olunmuşdu. Atası həbs olunduqdan sonra Eçmiadzin şəhərinin meri vəzifəsindən istefa verən Karen Qriqoryan da tutulub.

İcmal.Az

RƏYLƏR