Ermənistan prezidenti həmsədrlərin hüzurunda söz verdi – İrəvan GERİ ÇƏKİLİR

OXUNUB: 713 SİYASƏT
Ermənistan prezidenti Armen Sarkisyan bu gün İrəvanda səfərdə olan ATƏT-in Minsl qrupunun həmsədrləri (İqor Popov – Rusiya, Stefan Viskonto – Fransa və Endrü Şofer – ABŞ) ilə görüşüb.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

A. Sarkisyan bildirib ki, Ermənistan Minsk qrupu çərçivəsində aparılan danışıqlara sadiqdir.

"Münaqişənin nizama salınması üzrə səylərimiz davam edəcək”, - deyə Sarkisyan bildirib.

Maraqlıdır ki, görüşdə baş nazir Nikol Paşinyanın "Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir” tələbi ümumiyyətlə müzakirə olunmayıb. Həmsədrlərin dünən İrəvanda Paşinyanla görüşündə də bu məsələ gündəmə salınmayıb.

Görünür, Ermənistan ya Azərbaycandan çəkindiyi üçün bu tələbində dayanmayıb, yaxud da "Qarabağ tərəf kimi çıxış etməlidir” fikri daxili auditoriyaya hesablanmış ritorik çıxış imiş.

İcmal.Az

RƏYLƏR