Ermənistan “Tank biatlonu”nun nəticələri ilə bağlı yalan danışdı - FOTO

OXUNUB: 870 DÜNYA

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan erməni tankçılarının Moskva vilayətində keçirilən "Ordu oyunları – 2018” yarışındakı uğurları ilə bağlı rəsmi hesabında abunəçiləri sevindirməyə tələsib. 

İcmal.Az "Vestnik Kafkaza” portalına istinadla xəbər verir ki, Ovannisyan Alabino poliqonunda ermənilərin guya beş hədəfi hamıdan tez məhv etdiyini bildirib. 

Bununla yanaşı, mətbuat katibi erməni ekipajın bu hədəfləri məhv etmə vaxtını açıqlamayıb. 

İş burasındadır ki, erməni tankçılar beş hədəfdən beşini deyil, Azərbaycan tankçıları kimi dördünü məhv ediblər. Bu, yarışın videosuna baxan istənilən şəxsə aydın ola bilər. 

Azərbaycan tankçıları bu hədəfləri 26 dəqiqə 16 saniyəyə, ermənilər isə 28 dəqiqə 1 saniyəyə məhv ediblər. 

İcmal.Az

RƏYLƏR