Ermənistanın baş naziri İranın energetika naziri ilə görüşüb

OXUNUB: 610 DÜNYA

Ermənistanın Baş naziri Nikol Paşinyan İranın energetika naziri Reza Ardakanianı qəbul edib.

Bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb. 

Paşinyan Ermənistan-İran münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, eyni zamanda, iki ölkə arasında ticarət həcminin artırılması üçün mühüm addımların atılmasının zəruriliyinə diqqət çəkib. 

İranın energetika naziri Reza Ardakanian Paşinyana İran prezidenti Həsən Ruhaninin ölkəsinə dəvət mesajını çatdırıb. Nazir,  azad iqtisadiyyat və investisiya zonalarında əhəmiyyətli əməkdaşlığın qurulacağına əminliyini ifadə edib.

Görüşdə həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb./report

 

İcmal.Az

RƏYLƏR