Eskobarın begemotlarından biri avtomobil qəzasında ölüb

OXUNUB: 184 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Kolumbiyalı narkotik satıcısı Pablo Eskobarın şəxsi zooparkında tapılan və 1993-cü ildə ölümündən sonra təbiətə buraxılan 4 begemot illər ərzində sürətlə çoxalaraq, sayı 130-u ötüb və yerli əhali üçün təhlükə yaratmağa başlayıb. Hippopotamların taleyi dünya gündəmində çox idi və onlardan son 70-i Meksika və Hindistana göndərilib. Medellin və Boqota arasında Maqdalena çayı boyunca yaşayan begemotlardan birinə ötən gecə asfalt yolda avtomobil çırpılıb. Səlahiyyətlilər begemotun hadisə yerində öldüyünü, avtomobilin sürücüsünün isə yüngül xəsarət aldığını açıqlayıb.

7NEWS.az

RƏYLƏR