Evində işləyən ustayla qaçan 2 uşaq anasının biabırçı əməli üzə çıxdı: Sən demə, 8 ildir ki... - FOTO

OXUNUB: 990 SOSİAL
Xəbər verdiyimiz kimi, 2 uşağı ilə birlikdə evdən qaçan Şirinova Ramidə Əli qızı tapılıb. Xoşqədəm Hidayətqızının "Səni Axtarıram” verilişinə çıxan Bəhruz bildirib ki, xanımı 21 apreldə iki uşağını götürüb qaçıb:

"Gedərkən sənədləri və şəkilləri götürüb. Aramızda heç bir söz-söhbət olmayıb. Qaynatamla bir həyətdə yaşayırıq. Sonuncu dəfə səhər 11-də görüblər”. 

Veriliş ərəfəsində bəlli olub ki, Ramidə 3-cü dəfədir ki evdən qaçır. Belə ki, Ramidə 2017-ci ilin oktyabrında evində işləyən usta ilə birlikdə Bakıya qaçıb. 3 gün sonra polis Ramidəni tapıb, həyat yoldaşına təhvil verib. 

İcmal.Az xəbər verir ki, iyunun 5-də axşam saatlarında efirə şəkli təqdim olunan kişi ilə birlikdə görülüb. Bəlli olub ki, Ramidənin qaçdığı kişi ilə 8 ildir münasibəti var. Onlar 8 ildir ki, telefonla danışıblar. Halbuki Bəhruz arvadı Ramidənin telefon işlətmədiyini söyləmişdi. 

Bundan əlavə məlum olub ki, Ramidənin qaçdığı kişi 8 ildir onun uşaqlarına baxıb. 

Verlişə çıxan Ramidənin dediyi sözləri hər kəsi dəhşətə gətirib: "Bəhruz uşaqlarla məni yaşadığı qadının evinə aparıb. O, mənə dəfələrlə xəyanət edib. Evdə uşaqları aç qoyub, başqa qadınlara ərzaq daşıyıb".

Ramidənin qaçdığı Ayaz həmişə sevgisinin arxasında olduğunu söyləyib: "Mən hər zaman Ramidənin arxasındayam".

Verlişdə iştirak edən uşaqlar da atalarından imtina edib: "Atam yalan danışır. O, bizə bir şey alanda haramınız olsun deyirdi. Biz onunla qalmaq istəmirik".

Ramidənin qaçdığı Ayazın da evli olduğu bəlli olub. Efirə bağlanan qadın Ayazın 2 dəfə ailə qurduğunu və 3 uşağı olduğunu bildirib: "Birinci ailəsindən 1, ikinci ailəsindən də 2 uşağı var".

Evində işləyən ustayla qaçan 2 uşaq anasının biabırçı əməli üzə çıxdı: Sən demə, 8 ildir ki... - FOTO

İcmal.Az

RƏYLƏR