Əvvəllər işlədiyi mağazanın seyfini yardı

OXUNUB: 670 HADİSƏ

Yasamal rayonu ərazisindəki marketlərdən birinin müdiri 29-cu Polis Bölməsinə müraciət edərək oradakı seyfdən 6050 manatın oğurlandığını bildirib.

DİN-dən İcmal.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluq hadisəsinin əvvəllər orada işləmiş şəxs tərəfindən törədilməsi müəyyən olunub.

Əməliyyat-axtarış tədbirləri ilə saxlanılan Xırdalan şəhər sakini Cavanşir Səfərov törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb.

 

İcmal.Az

RƏYLƏR