“Expressbank” DQ-nin sürücüsünü görə girov götürdü və... - Prezidentə MÜRACİƏT

OXUNUB: 179 Özəl İQTİSADİYYAT BANK
DİN-nin Daxili Qoşunların "N" saylı hərbi hissəsinin xüsusi vasitələrtətbiqi dəstəsinin I xüsusi vasitələr bölüyünün götürmə qrupda sürücü işləyən, Binəqədi rayonu, Zəngəzur küçəsi, təzə məhəllədə yaşayan Hacalıyev Səbuhi Valeh oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Hörmətli Cənab Prezident, bildirirəm ki, mən 2013-cü ilin may ayından DİN-nin Daxili Qoşunların hərbi hissəsində sürücü kimi, I dəstədə( xüsusi təyinatlı) , 2019-cu ilin ortalarına qədər işləmiş və sonra xüsusi vasitələrintətbiqi dəstəsində xidmətimi indiyədək davam etdirmişəm. Həmişə nümunəvi xidmətimlə seçilmişəm. Vətən Müharibəsi zamanı 35 gün Füzuli-Hadrut istiqamətlərində xidmət göstərmişəm. Ailəliyəm və 2 azyaşlı ( 3 və 5 yaşlarında) övladlarım var. 5 yaşlı övladımın ayaq problemi xəstəliyini bu az vaxtda əməliyyat etdirdim. Və bunun üçün məzuniyyətə çıxdım. İş yerimdən də rəhbərliyin məlumatı vardı ki, mən keyfimdən deyil, uşağın ağır əməliyyatı üçün məzuniyyətə çıxıram. Bu arada EKSPRESSBankdan kredit götürmüşdüm.2020-ci ilin dekabrında bankdan ödənişin iş kartına yönəldilməsilə bağlı rəsmi müraciətinə hərbi hissənin maliyyə şöbəsi təsdiq etmişdir. Və hər ay üçün 504 manat ödəniş olunurdu. Mən, bi ilin martın 2-dən məzuniyyətdən qayıtdım və işə çıxdım.Və martın 8-də mənə xəbərdarlıq etdilər ki, bəs bankdan sənin borcun olmağınla bağlı dekabr ayında hərbi hissəyə məktub daxil olub, ona görə sən işdən çıxmalısan. ( Hərbi xidmətə uyğunsuzluq səbəbindən) azad olunmalısan. Halbuki mənim müqavilə vaxtım mayın 10-da qurtarmalı idi. Mən hərbi hissə komandirinə bildirdim ki, icazə verin 2 aya müqavilə müddətim bitdikdən sonra qoy mən Milli Orduda xidmətimi xüsusi təyinatlı kimi davam etdirim. Yoxsa şikayət edəcəyimi bildirdim. Dərhal qorxuya düşdülər və məni hərbi hissəyə Qubaya dəvət etdilər. Hərbi hissəyə gələn kimi məni martın 8-i axşamdan 9-u axşam saat 16-dək xüsusi otaqda nəzarət altında saxladılar, heç kəslə görüşməyə telefon açmağa qoymadılar ( mədəni həbs etdilər) Sonra tərbiyə işləri üzrə komandir müavini bildirdi ki, martın 9-da Komandanlıq tərəfindən işdən azad edilmə barədə əmrin verilib. Bundan sonra məni sərbəst buraxdılar. İndi mən qondarma və saxta əsasla işdən azad edilməyimə görə heç yerdə işləyə bilmərəm. Bank da məni 2 aydan sonra məhkəməyə verəcək ki, ödənişin niyə dayanıb.

Cənab Ali Baş Komandan bilin ki, xidmət etdiyim hərbi hissədə mənə və digərlərinə qarşı rəhbərliyin belə pis və qanunsuz davranışlarından şəxsi heyət tamamilə bezdirib. Bunun qarşısı hesab edirəm ki, təcili alınmalıdır. Yoxsa gec olacaq. Budur martın 9-dan bu günədək mənə qanunsuz olaraq heç bir son hesablaşmam və əmək haqqı pulum verilməyib.

Ali Baş Komandan olaraq sizə müraciətlə xahiş edirəm ki, hhissə komandiri tərəfindən barəmdə saxta və əsassız ittihamarla bağlı işdən azad edilməyim üçün yazılıb DİN –nin Daxili Qoşunlar Komndanına təqdim edilmiş təqdimatda qeyd edilən məlumatların heç bir qanuni əsası olmadığına görə verilmiş ƏMRin ləğv olunmasına göstəriş verəsiniz ki, mən ailəmi dolandırmaq üçün Milli Orduda Vətənə xidmətimi davam etdirə bilim".

RƏYLƏR