Federasiya rəhbərliyindən Firdovsi Umudova media QADAĞASI

OXUNUB: 1495 İDMAN

Azərbaycan Güləş Federasiyasının prezidenti əvəzi Namiq Əliyev güləşçilərə media ilə bağlı qadağa qoyub. 


Sözügedən Federasiyanın mətbuat katibi Sərxan Musalı Demokrat.az-a bildirib ki, bu barədə rəhbərliyin tapşırığı var. 


Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovla müsahibə almaq üçün Sərxan Musalı ilə əlaqə saxlasaq da, o,  vitse-prezidentin müsahibə verməsinin hələlik mümkün olmadığını söyləyib:


"Ötən gün bununla bağlı iclas keçirilib. İclas zamanı rəhbərliyin qəti tapşırığı olub ki, Federasiyadan mediaya müsahibələr hələ ki, dayandırılsın. Bu, rəhbərliyin tapşırığıdır. Ona görə də Firdovsi müəllimin müsahibə verib-verməməsi barədə gərək rəhbərliklə razılaşdırılsın".

 

Güləş federasiyasının mətbuat katibi Sərxan Musalı


İcmal.Az

RƏYLƏR