İcmal.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Bakı şəhərində keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunmuş "Kiber-mühitdə ekstremizmlə mübarizənin mədəniyyət aspektləri: Gənclərin zorakılığa aparan radikallaşma”sı panel sessiyasında çıxış edib.
Paneldə, eyni zamanda, "İnformation for All Programme” proqramının Hökumətlərarası şurasının sədri və Qrenadanın YUNESKO yanında Daimi nümayəndəsinin müavini Çafika Haddad, Qahirə Universitetinin Beynəlxalq hüquq kafedrasının müdiri, sabiq səfir, Misirin YUNESKO yanında Daimi nümayəndəsi Mohamed Sameh Amr, Gənclərin məlumatlandırılması və təlimi üzrə Afrika QHT-sinin Afrika Gənclər Şəbəkəsinin koordinatoru Daniel Da Hien iştirak edib.
Fərhad Hacıyev çıxışında bildirmişdir ki hal-hazırda texnoloji olaraq inkişaf etmiş dünyada internetin faydası və xidmətləri ölçüyə gəlməzdir. Lakin, kiberməkan həmdə ekstremistlərə öz ideologiyalarını asanlıqla yaymaq üçün onlara geniş platforma təqdim edir. Biz bilirik ki, insanlar ekstremist olaraq doğulmurlar. Bu ideologiya müəyən maraqlı qüvvələr tərəfindən gənclərə oyrədilir və təbliğ edilir. Nəzərə alsaq ki dünyada internet istifadə edən insanların 90% gənclərdir, bu faktor ekstremist qruplara öz sıralarına daha çox gənc cəlb etməyə imkan yaradır.
Bu problemin həllində Fərhad Hacıyev təhsilin gücünü əsas amil kimi vurğulamışdır. O cümlədən gənclərin sosial həyatda daha aktiv iştirakının təşviqi, asudə vaxtlarının səmərəli təşkili və ekstremizm və radikalizmin fəsadlarına qarşı maarifləndirmə işlərinin aparılmasını zaruri hesab etmişdir.
Fərhad Hacıyev bununla yanaşı, Azərbaycanın "Gənclər ölkəsi” olduğunu və əhalinin 2/3 faizinin 35 yaşdan aşağı olduğunu vurğuladı. "Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru olaraq vurğulamaq istərdim ki, bu cür həssas məsələlərdə Gənclər Fondunun üzərinədə böyük öhtəliklər düşür. Son iki ildə Fond tərəfindən elan olunan qrant müsabiqələrinə "dini radikallıq və ekstremizmə qarşı yönəlmiş maarifləndirici tədbirlər” istiqaməti əlavə olunmuş və bu istiqamət üzrə gənclər təşkilatları və gənclər tərəfindən 46 layihə həyata keçirilmişdir. Ümumiyyətlə Gənclər Fondu bu günə gədər 3500-ə yaxın layihəyə maliyyə dəstəyi göstərib. Əsas məqsəd isə, gənclərin sosial həyatda daha aktiv rol oynaması üçün onlara şərait yaradmaqdır.”
F.Hacıyev çıxışının sonunda Azərbaycanın cooğrafi olaraq müxtəlif sivilizasiyaların kəsişmə nöqtəsində yerləşdiyini qeyd etmişdir. Tarix boyu etnik azlıqlar və müxtəlif dinlərdən olan insanlar ölkə daxilində mehriban və heç bir ayrı-seçkiliklə üzləşmədən Azərbaycanda sığınacaq tapmışdırlar. Bu ölkə özündə müxtəlif mədəniyyətləri birləşdirən və eyni zamanda ümumi mədəni dəyərləri bölüşən multikulturalizm modelinə sahibdir.
Fərhad Hacıyev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edib
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Azərbaycanda ilk: Süni intellekt dəstəyi ilə tibbi reabilitasiya artıq evinizdə
29.07.2026, 14:26 / SOSİAL -
Saleh Məmmədovun Avropada daha bir biznesi üzə çıxdı-FOTO
29.07.2026, 10:01 / SOSİAL -
Şamaxı “Səyyar Gənclər Xidməti” layihəsinin növbəti ünvanı olub
28.07.2026, 17:16 / Özəl, SOSİAL -
Əli Əsədov TƏBİB rəhbərini vəzifədən azad etdi
28.07.2026, 13:36 / SOSİAL -
Səyyar ASAN xidmət Laçında
28.07.2026, 10:51 / Özəl, SOSİAL -
26 İYUL AZƏRBAYCAN GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNİN YARANMA GÜNÜDÜR Arxiv
26.07.2026, 14:55 / GÜNDƏM, Özəl, SOSİAL -
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
24.07.2026, 16:09 / Özəl, SOSİAL
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
index-manşet Azərbaycan süni intellekt sahəsində regionun aparıcı dövlətlərindən birinə çevrilə bilər
-
GÜNDƏM, Özəl, SOSİAL Dayanıqlı region, güclü insan kapitalı: Mingəçevir Dövlət Universitetində növbəti “Məzun Günü” keçirilib
-
Özəl, SİYASƏT Azərbaycan hər zaman konstruktiv dialoqun tərəfdarı olub - DEPUTAT






















