Filippində 6,3 bal gücündə zəlzələ baş verib

OXUNUB: 135 Özəl DÜNYA
Filippinin Batanqas əyalətində yerli vaxtla səhər saat 10:20 radələrində 6,3 bal gücündə zəlzələ baş verib. Filippin Vulkanologiya və Seysmologiya İnstitutundan verilən açıqlamada, episentri Kalataqan bölgəsindən 15 kilometr qərbdə olan zəlzələnin yerin 119 kilometr dərinliyində meydana gəldiyi qeyd edilib. Açıqlamada zəlzələnin metr dərinliyində baş verdiyi üçün sunaminin gözlənilmədiyi, 1,5 və 3,1 bal gücündə afterşokların yaşandığı qeyd edilib.

RƏYLƏR