Filippində yanğın nəticəsində 31 nəfər həyatını itirib

OXUNUB: 125 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Cənub-Şərqi Asiya ölkəsi Filippində bərədə baş verən yanğında 31 nəfər ölüb, ən azı 23 nəfər yaralanıb. İtkin düşən 7 nəfərin axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Filippinin cənubunda 250 sərnişin və ekipajı daşıyan bərədə üzən zaman yanğın baş verib. Yanğın zamanı 31 nəfər ölüb, ən azı 23 nəfər yaralanıb.

Basilan əyalətinin qubernatoru Cim Hataman ölkənin cənubundakı Zamboanqa liman şəhərindən Sulu əyalətinin Jolo şəhərinə gedən bərənin Basilan yaxınlığında gecə yarısına yaxın alov aldığını bildirib. Hataman, itkin düşən ən az 7 sərnişinin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

7NEWS.az

RƏYLƏR