Finlandiya hökuməti istefaya göndərilib

OXUNUB: 139 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Finlandiyanın səlahiyyət müddəti başa çatan baş naziri Sanna Marin hökumətinin istefasını Finlandiya prezidenti Sauli Niinistöyə təqdim edib. Hökumətdən verilən açıqlamada Marinin istefasının Niinistö tərəfindən qəbul edildiyi və köhnə hökumətin yeni hökumət qurulana qədər müvəqqəti olaraq davam edəcəyi bildirilib. Finlandiyada keçirilən ümumi seçkilərdə Petteri Orponun rəhbərlik etdiyi Milli Koalisiya Partiyası 20,8 faiz, Riikka Purranın rəhbərlik etdiyi Real Finlər Partiyası isə 20,1 faiz, hazırkı baş nazir Sanna Marinin Finlandiya Sosial Demokrat Partiyası isə səslərin çoxunu qazanıb. 

7NEWS.az

RƏYLƏR