Finlandiya ittifaq üzvü kimi ilk NATO təlimini başa vurub

OXUNUB: 225 Özəl DÜNYA
Finlandiya, Almaniya və Portuqaliya gəmilərinin simvolik olaraq Helsinki limanına yanaşaraq alyans üzvü kimi ilk NATO təlimini başa vurduğunu elan etdi. 

7NEWS.az xəbər verir ki, Finlandiya Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada Almaniyanın FGS Mecklenburg-Vorpommern və Portuqaliyanın NRP Bartolomeu Dias freqatlarının aprelin 16-dək paytaxt Helsinkidə lövbərdə qalacağı bildirilib. Helsinkidə yanaşmazdan əvvəl gəmilər Finlandiya Sahil Donanması tərəfindən Finlandiya körfəzində üç Fin gəmisi ilə təşkil olunan təlimdə iştirak ediblər. 

Beləliklə, Finlandiya alyans üzvü kimi ilk NATO təlimini başa vurdu. 

7NEWS.az

RƏYLƏR