Finlandiyada Avropanın ən böyük nüvə reaktoru istifadəyə verilib

OXUNUB: 128 Özəl DÜNYA
Almaniya özünün hər üç atom elektrik stansiyasını bağladıqdan və nüvə enerjisi istehsalına son qoyduqdan bir neçə saat sonra, Avropanın ən böyük tək reaktoru Finlandiyada müntəzəm elektrik enerjisi istehsalına başladı. 

7NEWS.az xəbər verir ki, stansiyanın operatoru TVO-nun məlumatına görə, hazırda ölkənin elektrik enerjisinə olan tələbatının təxminən 15 faizini təmin edən yeni nəsil Olkiluoto 3 reaktorunun ən azı növbəti 60 il ərzində işlək qalacağı gözlənilir.

TVO bazar günü elan etdi ki, tikintisi 18 il əvvəl başlayan Avropa təzyiqli su reaktoru (EPR) Olkiluoto 3 sınaq mərhələsini başa vurub və hazırda tam fəaliyyət göstərir.

7NEWS.az

RƏYLƏR