“First Republic Bank” 11 böyük bankdan 30 milyard dollarlıq əmanət aldı

OXUNUB: 241 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi, ABŞ Federal Ehtiyat Sistemi (FED) və ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) bank böhranında adı keçən banklardan biri olan First Republic Bankın 11 böyük bankdan 30 milyard dollarlıq əmanət aldığını açıqlayıb.

ABŞ Maliyyə naziri Janet Yellen, FED sədri Cerom Pauel və FDIC sədri Martin Qruenberq mövzu ilə bağlı birgə açıqlama veriblər.

Bank böhranı ilə bağlı narahatlıqlar səbəbindən yüzdə 30-dan çox dəyər itirən First Republic Bankın səhmləri, böyük bankların dəstəyi ilə bağlı xəbərlərdən sonra yüzdə 10-a yaxın bahalaşıb.

7NEWS.az

RƏYLƏR