"Ford" Avropadakı işçi qüvvəsini 3800 nəfər azaldacaq

OXUNUB: 183 Özəl DÜNYA
"Ford", Avropadakı əməliyyatlarında hər doqquz vəzifədən birini ixtisar edəcəyini, istehsal və inzibati işçi qüvvəsini 3,800 nəfər azaldacağını açıqladı.

7NEWS.az xəbər verir ki, Amerika avtomobil nəhəngi mühəndislik səylərini ABŞ-da cəmləyərək bölgədəki xərclərini azaltmağı hədəfləyir. Avropanın kommersiya avtomobilləri bazarında lider olan istehsalçı, fərdi avtomobil sinfində gəlirliliyini qorumaqda çətinlik çəkdiyi üçün istehsal və tədarük zəncirində aqressiv xərclər azaldacağını açıqladı.

7NEWS.az

RƏYLƏR