Fransa Senatı pensiya yaşını 64-ə qaldıran maddəni təsdiqlədi

OXUNUB: 140 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Fransada Senat ümummilli kütləvi tətillərə səbəb olan "pensiya yaşının tədricən 62-dən 64-ə qaldırılması haqqında" ən mübahisəli maddəni təsdiqləyib. Martın 11-də ümumi tətil keçiriləcək.

Pensiya yaşının mərhələli şəkildə 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan maddə Senatda 201 səslə, 115-ə qarşı qəbul edilib. Həmkarlar ittifaqları sözügedən maddənin qəbulundan sonra prezident Emmanuel Makronla təcili görüş tələb etdilər və martın 11-də bütün sektorları əhatə edən ümumi tətil və etiraz qərarı verildi.

7NEWS.az

RƏYLƏR