Fransada 1 May günü ilə bağlı 200 nəfər həbs edilib

OXUNUB: 113 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Fransada 1 May Əmək Günündə polislə nümayişçilər arasında baş verən qarşıdurmada 200-ə yaxın adam saxlanılıb.
Fransada hökumətin pensiya islahatına qarşı nümayişlər 1 May Əmək Günündə də davam edib.

Başda paytaxt Paris, Nant və Lion olmaq üzrə qara geyinmiş anarxistlər molotof kokteyli və atəşfəşanlıqla polisə hücum edərkən, bəzi avtomobillər yandırılıb. Polis nümayişçilərə gözyaşardıcı qaz, təzyiqli su və dəyənəklərlə müdaxilə edib.

7NEWS.az

RƏYLƏR