Fransanın cənub-şərqində Alp dağlarında qar uçqunu nəticəsində 5 nəfər ölüb. FranceInfo-nun xəbərinə görə, dünən Fransanın Alp dağlarında Mont-Blanc bölgəsində qar uçqunu düşüb.
7NEWS.az xəbər verir ki, bələdiyyə sədrinin müavini Elisabeth Mollard, RTL Radiosuna verdiyi açıqlamada, uçqun altında 5 nəfərin həyatını itirdiyini açıqladı. Mollard həyatını itirənlərdən 2-nin alpinist, 2-nin isə bələdçi olduğunu bildirib.
Digər tərəfdən, bir nəfər yaralı olaraq uçqun altından çıxarılıb, bölgədəki 8 alpinist isə hadisədən xəsarət almadan xilas olub.
Bölgədə bir həftədir havanın yüksəlməsi səbəbindən uçqunun azaldığı ehtimalı diqqət mərkəzində saxlanılır.
Meteorologiya İdarəsi bölgədə yenidən qar uçqunu ehtimalına qarşı xəbərdarlıq edib.
7NEWS.az