Orion23 təliminin son mərhələsi Fransada şəhərin mərkəzində keçirilib. Mülki vətəndaşlar gündəlik həyatlarını davam etdirərkən, əsgərlər təlimi davam etdiriblər.
7NEWS.az xəbər verir ki, fevralın 25-də Fransada başlayan və NATO müttəfiqlərinin iştirakı ilə həyata keçirilən Orion23 təlimi başa çatıb. Fransa, ABŞ, İtaliya, İspaniya, Belçika və İngiltərədən 7 min əsgərin qatıldığı təlimin son mərhələsi Fransanın Cahors şəhərində keçirilib. Cahorsdakı təlimdə əsgərlər boş güllə, səs və tüstü bombalarından istifadə edərkən, mülki vətəndaşlar isə gündəlik həyatlarını davam etdirirdilər.
7NEWS.az