Fransada terrorçular üçün cəza verilib

OXUNUB: 117 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Fransada terror təşkilatı PKK-ya qarşı bir müddətdir davam edən qəsb işi yekunlaşıb. 11 PKK üzvü təşkilatı maliyyələşdirmək və zorla üzv toplamaq ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Yaraqlıların günahı sübuta yetirilib və terror təşkilatını maliyyələşdirməkdə təqsirli bilinib. Paris Cinayət Məhkəməsində aparılan işdə terrorçular 5 ilə qədər həbs cəzasına məhkum ediliblər. Qərara əsasən, silahlılar müxtəlif təhdidlərlə terror təşkilatı üçün xərac toplayıblar. Təşkilatın üzvlərinin Fransanın cənub-şərq bölgəsində hər il təxminən iki milyon avro xərac topladığı düşünülür. PKK terrorçularının daha əvvəl bir çox Avropa ölkəsində "inqilab vergisi” adı altında xərac topladığı müəyyən edilib.

7NEWS.az

RƏYLƏR