Fransanın dövlət kanalı İsrail əleyhinə çıxış edən 4 jurnalisti işdən çıxarıb

OXUNUB: 110 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Parisdə yerləşən dövlətə məxsus "France 24 News” kanalı ABŞ-ın İsrail tərəfdarı olan CAMERA media təşkilatının internet saytındakı iddialardan sonra 4 jurnalist haqqında araşdırma başlatdı. Telekanaldan verilən açıqlamada kanalın ərəbcə yayımında reportyor kimi çalışan 3 jurnalistin istintaq yekunlaşana qədər həbs-qətimkan tədbiri və prosedura uyğun olaraq işdən uzaqlaşdırıldığı bildirilib. İsrailyönlü media qurumunun internet saytında yer alan məqalədə 2021-ci ildən bu kanalın Beyrut müxbiri vəzifəsində çalışan Coelle Marunun 2013 və 2014-cü illərdə Twitter-dəki paylaşımlarında irqçi açıqlamalar verdiyi iddia edilib.

7NEWS.az

RƏYLƏR