Gecə klubunda kütləvi dava: 3 nəfər bıçaqlandı - Gəncədə

OXUNUB: 507 HADİSƏ

Gəncə şəhərində yerləşən gecə kütləvi dava düşüb.

Hadisə gecə saatlarında baş verib. "X-Clup" adlanan məkanda baş verən kütləvi davada 3 nəfər, Şəmkir rayon sakinləri - 1996-cı il təvəllüdlü Rzazade Orxan Vahid oğlu, 1993-cü il təvəllüdlü Rüstəmov Orxan Namiq oğlu və 1994-cu il təvəllüdlü Məmmmədov Orxan Elman oğlu bıçaqlanıb. Onlardan M.Orxanın vəziyyəti kafi, digərləri isə ağırdır. Məlumata görə, əlbəyaxa dava zamanı daha bir neçə nəfər də xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR