Gəlini görən fotoqraf bəyin burnunu sındırdı

OXUNUB: 644 DÜNYA
Türkiyənin Malatya şəhərində toy çəkilişinə gedən fotoqraf Onur Albayrak gəlini görəndə bəylə davaya çıxıb.

İcmal.Az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, gəlinin azyaşlı olmasından şübhələnən fotoqraf onun yaşını soruşub. "15” cavabını alan Onur bəylə mübahisəyə başlayaraq "Mən uşaq gəlin şəkli çəkmirəm” deyib.

Albayrakın razılığı pozduğunu deyən bəy ondan çəkilişə başlamasını tələb edib. Mübahisə davaya çevrildiyindən Onur bəyin burnunu sındırıb. Fotoqraf məsələ ilə bağlı bunları deyib:

"Təəssüf ki, vəziyyət belədir. Kaş bu hadisə yaşanmazdı, amma oldu. Heç kim inciməsin, azyaşlı gəlin mənim gözümdə uşaqların istismar olunması deməkdir. Heç bir qüvvə mənə o uşağın gəlinliklə şəklini çəkdirə bilməzdi. Uşaqların başına fata yox, çələng taxılmalıdır”.

İcmal.Az

RƏYLƏR