GƏNC MÜƏLLİMLƏRİN NƏZƏRİNƏ: Futzal yarışı keçiriləcək

OXUNUB: 378 QHT SOSİAL
27 avqust 2022-ci il tarixindən etibarən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə "Sağlam bədəndə, sağlam ruh!” - 2022 gənc müəllimlər arasında futzal yarışı” layihəsinin icrasına start verilmişdir. Bununla bağlı olaraq 31 avqust 2022-ci il tarixindən etibarən aşağıda qeyd edilən qaydalara uyğun komandalardan sifarişlərin qəbuluna başlanılır.

Yarışda ölkə üzrə gənc müəllimlərdən (yaş: 35 yaşa qədər – 31.07.1987-ci ildən sonra anadan olanlar) ibarət 8 komanda iştirak edəcəkdir.

Sifarişlər 5 sentyabr 2022-ci il saat 23:59-a qədər onlayn şəkildə qəbul olunacaqdır. Yarışa ilk qeydiyyatdan keçmiş və sənədləri tam qaydasında olan 8 komanda buraxılacaqdır. Qeydiyyat üçün aşağıda qeyd olunan sənədləri qeyd olunmuş vaxt çərçivəsində [email protected] elektron ünvanına göndərmək lazımdır:

- Təqdim edilən excel formatda sifariş forması;
- Sifariş formasının həkim möhürü və imzası olan skan versiyası;
- Bütün oyunçuların və məşqçinin şəxsiyyət vəsiqəsinin skanı;

Yarışda iştirak üçün sifariş forması: https://ref.az/3qTEapA

Qeyd 1: Seçilmiş 8 komanda sifariş üçün bütün sənədlərin əslini oyuna gəldikdə təşkilat komitəsinə təhvil verməlidir.

Qeyd 2: Komandaların adı Azərbaycan dilində olmalı və Azərbaycan əlifbası ilə yazılmalıdır.

Qeyd 3: Oyunlar Bakı şəhərində keçiriləcəkdir. Məkan ilə bağlı məlumat veriləcəkdir. 

Mükafatlandırma: 1-ci yeri tutmuş komandaya medal, diplom və kubok, 2-ci yeri tutmuş komandaya medal və diplom, bundan başqa isə bir neçə nominasiyalar üzrə diplomlar veriləcəkdir. 
Bütün komandalara uğurlar diləyirik!

RƏYLƏR